19 dekabr İlin sonuna 12 gün qalır.
1793. Fransa hökuməti pulsuz və icbari ibtidai təhsil barədə qərar verib
1805. Napoleon Bonapartın başçılıq etdiyi fransız ordusu Varşavaya girib
1842 ABŞ Havayın müstəqilliyini tanıyıb
1906. Sovet lideri Leonid Brejnev anadan olub
1915. Fransız müğənni Edit Piaf anadan olub
1934. İspaniya hökuməti Kataloniyanın muxtariyyət hüququnu ləğv edib
1939. “T 34” tankı sovet ordusunda silahlanmaya qəbul edilib
1941. Hitler alman ordusuna komandanlığı ələ alıb
1946. Fransa Hind-Çin yarımadasında müharibəyə başlayıb
1950. Duayt Eyzenhauer Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) qüvvələrinin başçısı seçilib
1965. Şarl de Qoll təkrar Fransa prezidenti seçilib
1969. Musiqiçi Əzizə Mustafazadə anadan olub
1973. BMT-nin Baş Assambleyası ərəb dilini BMT-nin rəsmi və işlək dilləri sırasına daxil edib. 2010-cu ildən etibarən bu tarix beynəlxalq ərəb dili günü kimi qeyd olunur
1984. Çin və ABŞ Honq Konqun 1997-ci ildə Çinə qaytarılmasına dair müqavilə imzalayıb
1986. Sovet hökuməti akademik Andrey Saxarovun ev dustaqlığından azad edildiyini və onun həyat yoldaşı Yelena Bonnerin əfv olunduğunu bəyan edib
1992. Somalidə "Ümid əməliyyatı"na start verilib
1997. "Titanik" filmi Amerika kinoteatrlarında nümayiş etdirilib
2003. Liviya lideri Müəmmər Qəddafi ölkəsinin nüvə və kimyəvi silah əldə etmək məqsədindən əl çəkdiyini bəyan edib
2005. 19 fransız tarixçi uydurma "erməni soyqırımı"nı tanıyan qanuna etiraz edib
2006. Liviyada 90-cı illərin sonunda 426 uşağı QİÇS-ə yoluxdurmaqda təqsirləndirilən 5 bolqar tibb bacısı və 1 fələstinli həkim edam edilib
2008. İqdırda "Ermənilər türk millətindən üzr istəsinlər" adlı internet kampaniya başlayıb
2011. Avropa Şurası Venesiya Komissiyası Azərbaycanın “Siyasi partiyalar haqqında” qanununa dəyişikliklər layihəsinə rəy verib
2011. Azərbaycan prezidenti İlham Əliyev “Balkanların ləyaqətli dostu” mükafatına layiq görülüb.
Günün aforizmi:
“İnsanlara münasibəti bərabərsəviyyəli deyil. Ətrafında “sevimlilər” yığmağı xoşlayır”.
Brejnev haqqında rəydən