Dünya bu gün
21 dekabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

0

21 dekabr. İlin sonuna 10 gün qalır.

 

1879. Sovet lideri İosif Stalin anadan olub (rəsmi versiya)

 

1923. Şərqşünas alim Ziya Bünyadov anadan olub

 

1925. Sovet kino rejissoru Sergey Eyzenşteynın "Potemkin Zirehli gəmisi" adlı filminin nümayiş etdirilib

 

1937.  İlk uzun, səsli və rəngli cizgi filmi, UoltDisneyin prodüserliyindəki "Pambıq Şahzadə və Yeddi Cücə"nin qalası keçirilib

 

1958.  Şarl de Qoll Fransada 5-ci respublikanın ilk prezidenti seçilib

 

1948.  İrlandiya müstəqilliyini elan edib

 

1961. Londondan Təl-Əvivə gedən "British Airways"ə aid sərnişin təyyarəsi Ankaranın Esenboğa hava limanından ayrılandan bir dəqiqə sonra qəzaya uğrayıb. Qəzada 26 nəfər ölüb, 8-i yaralanıb

 

1963. Kiprdə 21 dekabr hadisələri - Qanlı milad (Kipr Qırğını) baş verib

 

1964. İngilis parlamenti ölüm cəzasını ləğv edib

 

1967. Gürcüstan prezidenti Mixail Saakaşvili anadan olub

 

1968.  "Apollon 8" Ay orbitindəki missiyası üçün kosmosa göndərilib

 

1971. Avstriyalı diplomat Qurd Valdheim BMT-nin Baş Katibi seçilib

 

1972. Şərqi Berlində iki Almaniya arasında saziş imzalanıb

 

1979. Sovet İttifaqı Əfqanıstanı işğal edib

 

1987. Türkiyədə ikinci Turqut Özal hökuməti qurulub (Respublika dövrünün 46-cı hökuməti)

 

1991. Rusiya, Belarusiya, Ukrayna, Qazaxıstan, Moldova, Azərbaycan, Ermənistan, Özbəkistan, Tacikistan, Türkmənistan və Qırğızıstan rəhbərləri, bir araya gələrək Sovet İttifaqının mövcudluğuna son qoyulduğunu və Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradıldığını açıqlayıb

 

2010. Milli Məclis Azərbaycan və Rusiya arasında dövlət sərhədi haqqında müqaviləni ratifikasiya edib. Eyni gündə “Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yaradılması haqqında” Birgə Bəyannamə də ratifikasiya edilib

 

2011. Azərbaycan prezidenti Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında fərman imzalayıb

 

2011. Vyanada Azərbaycanla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında sterilizasiya qurğusunun alınmasına dair müqavilə imzalanıb.

 

Günün aforizmi:

 

“Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən və tarixi həqiqəti bugünkü nəsillərə, dünya tarixinə çatdırmaq baxımından Ziya Bünyadovun əsərləri əvəzsizdir".

 

Heydər Əliyev

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1031

Oxşar yazılar