22 dekabr İlin sonuna 9 gün qalır.
1829. ilk sərnişin dəmiryolu xətti Baltimor-Ohayo fəaliyyətə açılıb
1895. Lümyer qardaşları ilk filmi nümayiş etdiriblər
1914. Ənvər Paşanın komandanlığı altındakı Osmanlı ordusu Sarıqamış əməliyyatına başlayıb
1918. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə (Mixaylo) anadan olub
1919. Kommunizmə simpatiyası olan 250 Amerika vətəndaşı SSRİ-yə sürgün edilib
1920. Moskvada VIII Ümumrusiya sovetlər qurultayı açılıb Qurultayda QOELRO planı təsdiq edilib
1932. Mahatma Qandi azadlığa çıxıb
1941. Hitler “Qafqaz müsəlman Legionu”nu yaratmaq barədə göstəriş verib
1942. Podpolkovnik Həzi Aslanov birinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb
1987. Elmira Qafarova Azərbaycan SSR xarici işlər naziri vəzifəsindən azad edilib
1988. Meydan hərəkatını işıqlandırdığı üçün Nəcəf Nəcəfov “Molodyoj Azerbaydjana” qəzeti redaktorluğundan kənarlaşdırılıb
1989. 24 illik hakimiyyətdən sonra Rumıniya Kommunist Partiyasının rəhbəri Nikolae Çauşesku devrilib. Arvadı ilə birgə qaçmaq istəyən Çauşesku yaxalanıb və məhkəmədən sonra güllələnib
1993. Cənubi Afrika Respublikası parlamenti aparteid rejimini rəsmən ləğv edib
1994. Azərbaycan Respublikası Honduras ilə diplomatik əlaqələr qurmuşdur
2001. Əfqanıstanda Həmid Kərzainin rəhbərliyi ilə müvəqqəti hökumət qurulub
2008. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2009-cu il Azərbaycan Respublikasında “Uşaq ili” elan edilib
2009. Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, sabiq Hərbi işlər üzrə dövlət müşaviri, general-mayor Nurəddin Sadıqov vəfat edib
2011. Fransa parlamenti qondarma “erməni soyqırımı”nın inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Qanunun qəbulu Avropada yaşayan azərbaycanlı və türk icmalarının qəzəbinə səbəb olub. Həmin axşam Türkiyənin Parisdəki səfiri geri çağırılıb. Bakıda və Ankarada Fransa səfirlikləri qarşısında nümayişlər keçirilib.
Günün aforizmi:
“...Ölsəm qəhrəman kimi öləcəm...”
Mixaylonun bacısı Hürriyyətə məktubundan