23 dekabr. İlin sonuna 8 gün qalır.
1790. Fransız misirşünas Fransua Şampolyon anadan olub. O, ilk dəfə “Rozetta daşı”nı oxumağa müvəffəq olub
1876. Osmanlı Sultanı Əbdülhəmid “I Məşrutiyyət”i elan edib
1888. Mərcdə uduzan rəssam Van Qoq öz qulağını kəsib
1900. Kanadalı Rejinald Obri səsin ilk dəfə olaraq 1 km. məsafəyə simsiz ötürülməsinə nail olub
1904. Vilnysdə litva dilində ilk qəzet çap olunub
1913. ABŞ Federal Ehtiyatlar sistemi yaradılıb
1919. Məmmədhəsən Hacınski ADR-in 2-ci hökumət kabinetində daxili işlər naziri təyin edilib
1920. Fransa və İngiltərə “Suriya və Fələstin sərhədlərini müəyyən edən Konvensiya”nı ratifikasiya edib
1930. Türkiyə və Yunanıstan arasında ərazi mübadiləsi həyata keçirilib
1933. Almaniyada Reyxstaq yandırılıb və bu böyük bir siyasi prosesin başlanğıcı olub
1947. SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” 754 saylı qərar qəbul edib
1947. İlk tranzistor təqdim edilib
1953. Sovet lideri Lavrenti Beriya güllələnib
1956. Politoloq Eldar Namazov anadan olub
1967. Fransanın keçmiş birinci xanımı Karla Brüni – Sarkozi İtaliyanın Torino şəhərində anadan olub
1975. ABŞ Konqresi metrik ölçü sistemini rəsmiləşdirsə də, bu sistem ölkədə heç zaman istifadə olunmayıb
1989. Azərbaycan Xalq Cəbhəsi Naxçıvan MSSR sərhəd dəstəsi komandirinə ultimatum verərək dekabrın 31-dək sərhəddən adamların müəyyən qayda ilə keçərək qohum əqrəbası ilə əlaqə saxlamasına imkan yaratmağı tələb edib. Ultimatum yerinə yetirilməyib.
1990. Sloveniya müstəqillik əldə edib
1991. İsveçrə Azərbaycanın müstəqilliyini tanıyıb
1991. Milli Qəhrəman Faiq Ağayev həlak olub
1994. Qaqauz türklərinə Moldovanın tərkibində muxtariyyət verilib
1995. Hindistanda mərasim zamanı baş verən yanğında 540 nəfər həlak olub
1999. Fil Dişi Sahilində hərbi çevriliş baş verib
2004. İordaniyada 28 ildən sonra ilk dəfə bələdiyyə seçkiləri keçirilib
2011. “Cessna-172” markalı təlim təyyarəsi qəzaya uğrayaraq Masazır gölünə düşüb.
Günün aforizmi
“Tənqidə açıq olmamaq tənqid olunmamaqdan daha pisdir”.
Karla Bruni