Dünya bu gün
24 dekabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

0

24 dekabr. İlin sonuna 7 gün qalır.

 

1638. Osmanlı Sultanı IV Murad Bağdadı ələ keçirib

1790. Suvorovun komandanlığı altında rus ordusu İzmail qalasını türklərdən alıb

1818. İngilis fizik Ceyms Coul anadan olub

1924. Albaniya Respublikası elan edilib

1943. Sovet qoşunu sağ sahil Ukraynada alman qoşununa qarşı əks hücuma keçib

1951. Liviya İtaliyadan müstəqilliyini elan edib

1957. Əfqanıstan prezidenti Həmid Karzai anadan olub

1961. Azərbaycan prezidenti İlham Əliyev anadan olub

1966. SSRİ-nin “Luna 13” kosmik stansiyası Ay səthinə uğurlu eniş edib

2005. Dekabrın 23-dən 24-nə keçən gecə Bakı aeroportundan havaya qalxan “AN-140” sərnişin təyyarəsi təxminən 7 dəqiqədən sonra hava limanından 18 kilometr aralıda, Nardaran qəsəbəsi yaxınlığında yerə düşüb. Təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olub. Onların 15 nəfəri Azərbaycan, 8 nəfəri xarici ölkə vətəndaşları olub.

2007. Azərbaycan Kommunist Partiyasının (AKP) XXXVII (IV) qurultayı keçirilib

2009. Jurnalist Azad Şərifov vəfat edib

2011. Azərbaycan prezidentinin iştirakı ilə “Bakı Ağ şəhər”in təməl daşı qoyulub

2011. Fransa parlamentinin qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanuna etiraz olaraq bu ölkənin bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

 

Günün aforizmi

 

“Bizim siyasətimiz əməli işlərdir, praktik addımlardır”.

İlham Əliyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 708

Oxşar yazılar