Dünya bu gün
25 dekabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

0

25 dekabr. İlin sonuna 6 gün qalır.

 

336. Tarixdə ilk dəfə Romada “Yeni il” qeyd edilib

 

800. Frank hökmdarı Böyük Karl taxta çıxıb

 

1642. İngilis fizik İsaak Nyuton anadan olub

 

1918. General Səməd bəy Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski isə nazir müavini təyin ediliblər

 

1918. Misir prezidenti Ənvər Sadat anadan olub

 

1920. Fransa Kommunist Partiyası təsis edilib

 

1920. Bakıda rus “Tənqid Təbliğ teatrı” fəaliyyətə başlayıb

 

1925. Beynəlxalq təqvim və saat qəbul edilib

 

1932. Çində zəlzələ 70 000 insanın həyatına son qoyub

 

1938. Çex yazıçısı, ordu həyatına dair əsərləri ilə şöhrət tapmış Karel Çapek vəfat edib. Çapek tarixə “robot” sözünün müəllifi kimi düşüb

 

1973. Türkiyənin ikinci prezidenti İsmət İnönü vəfat edib

 

1975. Bakı Məişət Kondisionerləri zavodu işə salınıb

 

1977. Çarlz Çaplin vəfat edib

 

1991. SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov istefa verib. İstefanın ertəsi günü SSRİ də süqut edib

 

1991. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi haqqında” qanun qəbul edilib

 

1991. İran Azərbaycanın müstəqilliyini tanıyıb

 

1991. Azərbaycan prezidentinin fərmanı ilə Milli Qvardiya yaradılıb

 

1991. ABŞ və İsrail Azərbaycanın müstəqilliyini tanıyıb

 

1992. Azərbaycan Respublikasının ali məktəblərinə qəbulun test imtahanları vasitəsilə aparılması haqqında qərar qəbul edilib

 

2005. İlham Əliyev növbəti əfv fərmanını imzalayıb. Fərman 99 məhbusa, o cümlədən 6 əcnəbiyə şamil edilib

 

2010. Bakıda Dünya Azərbaycanlıları Konqresinin (DAK) toplantısı keçirilib

 

Günün aforizmi:

 

“İran Azərbaycanla münasibətlərini yalnız Sovetlər ittifaqı çərçivəsində qurmaq niyyətindədir”.

 

İran xarici işlər naziri Vilayətinin 1991-ci il oktyabrında “Exo Moskva” radiosuna müsahibəsindən. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 773

Oxşar yazılar