Dünya bu gün
26 dekabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

0

26 dekabr. İlin sonuna 5 gün qalır.

 

1825. Rusiyada “Dekabristlər üsyanı” baş verib

 

1898. Fransız alimləri Mariya və Pyer Kürilər radium elementini kəşf ediblər

 

1919. Rəqqasə Əminə Dilbazi anadan olub

 

1957. SSRİ Ali Məhkəməsi Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin 1936-cı ildə güllələnmiş ikinci katibi Eyyub Xanbudaqova bəraət verib

 

1968. İstanbul Universitetində tələbələr rekrorluq binasını “işğal” etdiyinə görə Universitetdə dərslər kəsilib

 

1975. İlk səsdənsürətli sərnişin təyyarəsi “TU-144” birinci reysini (Moskva-Almatı) həyata keçirib.  

 

1990. Əlcəzair Parlamenti “Ərəb dilinin istifadəsi haqqında” qanun qəbul edib

 

1991. SSRİ süqut edib, Rusiya Ferderasiyası müstəqilliyini elan edib

 

1991. Misir və Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın müstəqilliyini tanıyıb

 

1995. Ramil Usubova general leytenant rütbəsi verilib

 

2003. İranda şiddətli zəlzələ nəticəsində 30 000 nəfər həlak olub

 

2004. Hind okeanında baş vermiş 9.7 bal gücündəki zəlzələnin yaratdığı sunami Cənub-Şərqi Asyada ən azı 200 000 nəfərin ölümünə səbəb olub.Təkcə İndoneziyada 128000 nəfər həlak olub

 

2006. Nigeriyanın Laqos şəhərində neft boru xəttinin partlaması 500 nəfərin ölümü ilə nəticələnib

 

2005. Dekabrın 23-də gecə Xəzər dənizi üzərində qəzaya uğrayan AN-140 sərnişin təyyarəsinin “qara qutu”su tapılıb

 

2006. İraq Apelyasiya Məhkəməsi Səddam Hüseyn barədə edam hökmünü qüvvədə saxlayıb

 

2011. Azərbaycan prezidenti İlham Əliyev 92 məhkumun əfv olunması haqqında sərəncam imzalayıb.

 

Günün aforizmi:

 

“Əgər qara qutu xarab olmursa niyə bütün təyyarəni qara qutunun materialından hazırlamayaq?”  

 

Ənis Mənsur, Misir yazıçısı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 819

Oxşar yazılar