Ekoloqlar "Beynəlxalq Yer Günü" məktəblilərlə görüşüb
16 aprel 2013 20:40 (UTC +04:00)

Ekoloqlar "Beynəlxalq Yer Günü" məktəblilərlə görüşüb

0

 

Bu gün Beynəlxalq Yer Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri Bakı şəhəri Yasamal rayon 225 saylı orta məktəbin kollektivi ilə görüş keçirib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə məktəblilərə son illərdə ətraf mühitin mühafizəsi ilə bağlı nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib və məktəbliləri maraqlandıran suallar Nazirliyin mütəxəssisləri tərəfindən cavablandırılıb.


Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqlara qulluq edilməsi, təmizlik, abadlıq missiyasını özündə əks etdirən Beynəlхalq Yer Günü ərəfəsində həyata keçirilən tədbirlərdə ictimaiyyəti fəal iştirak etməyə çağırır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 527

Oxşar yazılar