Ermənilər atəşkəsi pozub: gizirimiz ağır yaralanıb
13 aprel 2013 21:40 (UTC +04:00)

Ermənilər atəşkəsi pozub: gizirimiz ağır yaralanıb

0

 

 Bu gün axşam saatlarında Ağdamın işğal altında olan Şurabad kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində  ordumuzun giziri ağır yaralanıb.

 

APA-nın Qarabağ bürosunun məlumatına görə, erməni tərəfi iri çaplı pulemyotlardan  açdığı atəş nəticəsində gizir Hüseynov Ramil Şahmar oğlu aşağı ətraf nahiyəsindən ağır güllə yarası alıb, vəziyyəti ağırdır.

 

 

Məlumata görə,hazırda yaralının helikopterlə paytaxta aparıldığı bildirilir.

 

Qeyd edək ki, Hüseynov Ramil Şahmar oğlu Tərtər rayonunun Hüsənli kəndində anadan olub, Tərtər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1603

Oxşar yazılar