Ermənilər cəbhəboyu atəşkəsi pozublar
18 may 2013 10:09 (UTC +04:00)

Ermənilər cəbhəboyu atəşkəsi pozublar

0

Erməni silahlı bölmələri atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, düşmən bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Mərzili, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli, Aşağı Əbdülrəhmanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 506

Oxşar yazılar