Ermənistanda cinayətkarlığın səviyyəsi sürətlə artır.
Lent. az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, Ermənistan Polisi bu ilin birinci rübündə 968 cinayət hadisəsinin qeydə alındığını açıqlayıb.
Keçən ilin anoloji dövründə bu göstərici 843 olub. Bu cinayətlərdən 15-i qətl, 5-i öldürməyə cəhd, 327-i qəsdən sağlamlığa xəsarət yetirmə, 51-i təsadüfən sağlamlığa ağır xəsarət yetirmə ilə bağlıdır. Ən ciddi, 100 faizli artım isə zorlama ilə bağlı cinayətlərdə qeydə alınıb. Əpər keçən ilin birinci rübündə Ermənistanda 4 zorlama faktı qeydə alınıbsa, bu ilin birinci rübündə belə faktların sayı 2 dəfə artıb, 8 nəfər zorlanıb.