Ev yandı, 50 nəfər təxliyə edildi
19 aprel 2013 10:01 (UTC +04:00)

Ev yandı, 50 nəfər təxliyə edildi

0

 

Sumqayıtda yaşayış binasında yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə ötən gecə baş verib.

 

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 58 kv.m olan 2 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı yuxarı mərtəbələrdən 50 sakin təxliyə edilib.

 

Yanğın saat 04:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 856

Oxşar yazılar