FHN: İmişlidə  yol qəzası
15 aprel 2013 19:39 (UTC +04:00)

FHN: İmişlidə yol qəzası

0

 

 Fövqəladə Hallar Nazirliyi (FHN) İmişlidə baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.


APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, İmişli rayonu, Ağaməmmədli kəndi ərazisində “VAZ” markalı minik avtomobili “Shacman” markalı yük avtomobili ilə toqquşub. FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü və 3 nəfər sərnişini ölüb. Cəsədlər yanğınsöndürən-xilasedicilər və vətəndaşlar tərəfindən deformasiyaya uğrayan avtomobildən müvafiq qaydada çıxarılmış və aidiyyəti üzrə təhvil veriliblər. Əməliyyat saat 15:50-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1237

Oxşar yazılar