Bakıda azyaşlı uşaq dənizdə batmaq təhlükəsi ilə üz-üzə gəlib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər azyaşlının dənizdə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri azyaşlını sudan çıxarıb və aidiyyəti üzrə təhvil verilib.