Fövqəladə Hallar Nazirliyinin xilasediciləri (FHN) Xəzər dənizində batmış şəxsin cəsədini sudan çıxarıb.
APA-nın FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu gün nazirliyin “112” qaynar telefon xəttinə Bakının Xəzər rayonunda Pirallahı qəsəbəsindən Cilov adasına ərzaq aparmaq məqsədilə mühərrikli qayıqla dənizə çıxmış 1960-cı il təvəllüdlü Şükürov Əhmədağa Şirinbala oğlunun dənizdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
***
11/25
Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzər dənizində köməksiz vəziyyətdə qalmış şəxsin axtarışlarına başlayıb.
APA-nın FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatda bildirilib.
Məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda Pirallahı qəsəbəsindən Cilov adasına ərzaq aparmaq məqsədilə mühərrikli qayıqla dənizə çıxmış 1960-cı il təvəllüdlü Şükürov Əhmədağa Şirinbala oğlu qohumlarına zəng edərək, qayığın mühərrikinin xarab olduğunu və dənizdə köməksiz vəziyyətdə qaldığını bildirib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri axtarışlara cəlb olunub.
Axtarışlar davam etdirilir.