Gədəbəydə bazar yandı: xüsusi komissiya yaradıldı
07 aprel 2013 22:24 (UTC +04:00)

Gədəbəydə bazar yandı: xüsusi komissiya yaradıldı

0

Azərbaycanın Gədəbəy rayonunun mərkəzi bazarında yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib.

 

”Anar”  MMC- yə məxsus  mərkəzi  bazarın ərazisində ümumi sahəsi 1700 kvadratmetr olan beton tikilinin içərisində piştaxtalar və satış malları olan 700 kvadratmetr sahəsi yanıb.

 

Gədəbəy rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayevin dediyinə görə, yanğınla bağlı rayon icra hakimiyyətində xüsusi komissiya yaradılıb və satıcılara dəyən ziyan araşdırılır.

 

İlkin ehtimala görə yanğına səbəb elektrik naqillərində yaranan qısaqapanma olub.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1324

Oxşar yazılar