Gənc rəssamların sərgisi keçirilib
11 may 2013 17:46 (UTC +04:00)

Gənc rəssamların sərgisi keçirilib

0

Sumqayıtda gənc rəssamların sərgisi açılıb. Lent. az-ın məlumatına görə, sərgidə Şəhər İcra hakimiyyətinin nümayəndələri, mədəniyyət və turizm idarəsinin rəisi Namiq Qafarov jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Layihənin icraçısı Vüsal Məmmədov bildirib ki, layihə iki istiqaməti əhatə edir. Birinci istiqamət gənc rəssamların sərgisinin təşkili, ikinci  isə həmin rəssamların əsərlərinin və bioqrafiyalarının toplanmış çapını nəzərdə tutur. Çıxış edən qonaqlar qeyd ediblər ki, Gənclər Fondu tərəfindən bu cür layihələrin dəstəklənməsi ölkəmizdə mədəniyyətə, eyni zamanda gənclərə olan diqqətin nəticəsidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 578

Oxşar yazılar