Gəncə sakini yol qəzasında öldü
07 iyun 2013 10:25 (UTC +04:00)

Gəncə sakini yol qəzasında öldü

Dövlət Sığorta Agentliyinin Goranboy Rayon Şöbəsinin müdiri rəhbəri yol qəzasında dünyasını dəyişib.


 

APA-nın qərb bürosunun məlumatına görə, hadisə iyunun 6-sı saat 21.30 radələrində Gəncə şəhəri Heydər Əliyev prospektində baş verib.

 

Dövlət Sığorta Agentliyinin Goranboy Rayon Şöbəsinin müdiri, 1958-ci il təvəllüdlü İkram Hətəmov idarə etdiyi “Chevrolet” markalı avtomobilli yolun kənarında işıq dirəyinə çırpıb.

 

İ. Hətəmov hadisə yerində dünyasını dəyişib. İlkin məlumata görə, o, ürək çatışmazlığından əziyyət çəkirmiş, sükan arxasında da ürəyi dayandığına görə idarəetməni itirib.

 

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

# 476
avatar

Oxşar yazılar