Gəncədə maşın piyadanı vurdu
30 iyul 2017 22:07 (UTC +04:00)

Gəncədə maşın piyadanı vurdu

0

Gəncədə avtomobil piyadanı vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

 

"Mercedes" markalı avtomobil Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Abbasov Bəhruz Tahir oğlunu vurub.  Piyada Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar