Gəncəyə dolu yağıb
03 iyun 2013 21:15 (UTC +04:00)

Gəncəyə dolu yağıb

0

Bu gün saat 17 radələrində Gəncəyə güclü dolu yağıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə təxminən 5 dəqiqə yağan dolu şəhərdə bir sıra problemlər yaradıb. Diametri təxminən 1 sm olan dolunun yağması kəsəndən sonra leysan yağış dalınca isə  güclü külək əsməyə başlayıb. Gəncə şəhər Mənzil Kommunal İstehsalat Birliyinin sədri Elgün Məmmədovun verdiyi məlumata görə təxminən şəhərin 15 yerində ağaclar qırılaraq elektrik xətlərinin sıradan çıxarıb. Külək bir neçə yerdə dirəkləri aşırıb. Külək bir neçə binanın dam örtüyünü də uçurub. Elgün Məmmədov fəsadların aradan qaldırılması işi ilə məşğul olduqlarını bildirdi. Hazırda külək davam edir. Gəncənin bir neçə ərazisi elektrik enerjisizidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1218

Oxşar yazılar