Gömrükdə külli miqdarda narkotik tutuldu
02 aprel 2013 15:58 (UTC +04:00)

Gömrükdə külli miqdarda narkotik tutuldu

0

Dövlət Gömrük Komitəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər. Lent.az-ın məlumatına görə,  Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələrin ölkə ərazisində realizə olunacağı barədə daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri həyata keçirilib.

Uğurla gerçəkləşdirilən əməliyyat tədbirləri nəticəsində  narkotik vasitənin alqı-satqısını həyata keçirmək üçün Lənkəran şəhərinə gəlmiş Orucov Sərdar Orucəli oğlu və Abbasov Emin Mirdavud oğlu özləri ilə gətirdikləri 1 ədəd idman çantasının içərisində, 10 ədəd polietilen bağlamaların daxilində olan külli miqdarda, ümumi xalis çəkisi 9 kiloqram 980 qram narkotik vasitə olan həşiş qətranını şərti alıcı qismində Dövlət Gömrük Komitəsinin əməkdaşına satmaq istəyərkən saxlanılıb və keçirilmiş baxış zamanı çantadan həmin narkotik vasitələr aşkar edilərək götürülüb. DGK İstintaq İdarəsində qeyd olunan faktla bağlı cinayət işi başlanıb.

Beləliklə, 9 kiloqram 980 qram narkotik vasitə olan həşiş qətranını satmaq istəyən Orucov Sərdar Orucəli oğlu və Abbasov Emin Mirdavud oğlu şübhəli şəxs qismində saxlanılıb, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş və Yasamal Rayon Məhkəməsi tərəfindən barələrində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan digər şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1141

Oxşar yazılar