Göyçayda iki qardaş bıçaqlandı
18 may 2018 21:43 (UTC +04:00)

Göyçayda iki qardaş bıçaqlandı

0

Göyçay rayonunda gənclər arasında baş verən dava zamanı iki qardaş bıçaqlanıb.

 

APA-nın yerli bürosunun xəbərinə gör,ə hadisə bu gün axşam saatlarında rayonun Bığır kəndində qeydə alınıb.

 

Kənd sakini, 1992-ci il təvəllüdlü Rəsulov Elvin Rakif oğlu və qardaşı Rəşad Rəsulov bıçaq xəsarəti aldığı üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Onların kənddə gənclər arasında baş verən dava zamanı bıçaqlandığı bildirilir.

 

Qardaşları bıçaqlayan şəxs qaçaraq gizlənib. Hazırda rayonun polis əməkdaşları hadisəni törədən şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar