Ağdaş-Şamaxı avtomobil yolunun Göyçay rayonu ərazisindən keçən hissəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Lent.az-ın “report”a istinadən xəbərinə görə, hadisə “Mercedes” markalı avtomobilin yolu keçən camışları vurması nəticəsində qeydə alınıb. Qəza zamanı Mingəçevir şəhərindən olan bir ailənin iki üzvü - Yavər və Dilavər qardaşları müxtəlif bədən xəsarətləri alıb. Yaralanan sürücü və sərnişin xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.