Gülər Əhmədova ürəyinin EXO-kardioqram olunması ilə bağlı müraciət edilib
29 aprel 2013 13:14 (UTC +04:00)

Gülər Əhmədova ürəyinin EXO-kardioqram olunması ilə bağlı müraciət edilib

0

Vəkil Əfsər Talıbov hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb.


 

Bu barədə APA-ya məlumat verən Ə. Talıbov bildirib ki, G. Əhmədova ürək ağrılarından əziyyət çəkir: “Onun ürəyinin EXO-kardioqram olunması üçün Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidova müraciət etmişəm”.

 

Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 964

Oxşar yazılar