Hacı Cəbrayıl Əlizadə vəfat edib
29 mart 2013 23:12 (UTC +04:00)

Hacı Cəbrayıl Əlizadə vəfat edib

0

 

Bakı Kəndlər Birliyinin sədri, Nardaran ağsaqqalı Hacı Cəbrayıl Əlizadə martın 29-da, saat 16 radələrində dünyasını dəyişib. Bu barədə musavat.com-a Nardaran sakinləri məlumat veriblər. Mərhumun 72 yaşı var idi.

Hacı Cəbrayıl Əlizadə milli azadlıq hərəkatının və AXC-nin tanınmış simalarından olub. 1992-93-cü illərdə Sabunçu rayonunun icra hakimiyyətinin başçısı vəzifəsini daşıyıb.  Sonrakı illərdə isə Bakı Kəndlər Birliyinin sədri kimi fəaliyyət göstərib. 

 
 

Mərhum sabah dəfn olunacaq.

 


Allah rəhmət eləsin

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1123

Oxşar yazılar