Hacıqabulda zəncirvari avtoqəza: iki nəfər yaralanıb
14 iyun 2013 05:27 (UTC +04:00)

Hacıqabulda zəncirvari avtoqəza: iki nəfər yaralanıb

Hacıqabulda baş verən zəncirvari avtoqəzada iki nəfər yaralanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna BDYP-dən məlumat verilib. Məlumatda bildirilir ki, gecə saat  00.30 radələrində Hacıqabul rayon mərkəzinə yaxın  Bakı-Qazax yolunun 112-ci kilometrliyində zəncirvari avtomobil qəzası baş verib. Türkiyə vətəndaşı olan Kemal Aybayrakın idarə etdiyi 34 UY 5601 (qoşqusu 34 AB 8700) dövlət nömrə nişanlı “Mercedes” markalı TIR yük avtomobili yolda idarəetməni itirərək metal yol ayrıcına çırpılıb. Nəticədə 30 ton ağırlığında kisələrdə polietilen məmulatı üçün xammal ilə yüklənmiş TIR aşıb. Qəza zamanı çevrilən TIR yük avtomobili arxadan sürətlə gələn digər 3 avtomobilin - 18 BF 275 dövlət nömrə nişanlı  VAZ 21015 markalı, 90 FK 116 və  02 BX 373 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillərin zəncirvari qəzasına səbəb olub. Qəza zamanı 90 FK 116 dövlət nömrə nişanlı  “Mercedes” markalı avtomobildə olan iki bacı 1988-ci il təvəllüdlü Nəcəfova Tünzalə Balabəy qızı və 1991-ci il təvəllüdlü Nəcəfova Səkinə Balabəy qızı müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhərə xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı BDYP-nin istintaq idarəsi tərəfindən araşdırma aparılır.

# 554
avatar

Oxşar yazılar

Göygöldə yeniyetmə ÇAYDA BATDI  -VİDEO -YENİLƏNİB

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO-YENİLƏNİB

19 may 2024 , 01:59
Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20