Hava limanı yolunda avtoqəza:xəsarət alanlar var
25 fevral 2013 22:38 (UTC +04:00)

Hava limanı yolunda avtoqəza:xəsarət alanlar var

0

 

Bakıda ağır yol qəzası baş verib. Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 21.00 radələrində Hava Limanı yolunda qeydə alınıb. “Qazel” markalı yük maşını “Hyundai” markalı minik maşını ilə toqquşub. Nəticədə 3 nəfər müxtəlif xəsarətlərlə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hazırda həmin şəxslərin kimliyi araşdırılır.

 

Xəstəxanadan APA-ya verilən məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1274

Oxşar yazılar