Aeroport yolunda zəncirvarı qəza: yaralananlar var
24 dekabr 2012 23:15 (UTC +04:00)

Aeroport yolunda zəncirvarı qəza: yaralananlar var

0

 

 

 

Bakıda zəncirvarı yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə axşam saat 20 radələrində aeroport yolunda qeydə alınıb. “QAZ-53”, “Nissan”, “VAZ-2106”, “VAZ-2107” və “Mercedes” markalı avtomobillərin iştirakı ilə baş verən qəza nəticəsində bir neçə nəfər yüngül xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

 

Xəstəxanadan APA-ya verilən məlumata görə, məlum qəza nəticəsində onlara yüngül bədən xəsarətləri ilə 5 nəfər yaralı daxil olub. Onlardan ikisi Türkiyə vətəndaşı olan azyaşlılar olub. Orta məktəb şagirdləri olan 7 yaşlı Bakir Qəmzə və 8 yaşlı Adıgözəl ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

 

Faktla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1853

Oxşar yazılar