Dekabrın 18-dən ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, temperaturun 3-4 dərəcə yüksələcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə müdiri Gülşad Məmmədova Lent.az-a açıqlamasında bildirib ki, dekabrın 18-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən, günün birinci yarısında yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Temperatur gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq. Mülayim Şərq küləyi əsəcək.
Dekabrın 19-da hava şəraitinin dəyişkən buludlu, səhər yarımadanın bəzi yerlərində az yağıntılı olacağı, axşam duman olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 6-9 dərəcə isti olacaq.
Dekabrın 18-i gündüz saatlarından başlayaraq, Azərbaycanın qərb rayonlarında yağıntılar tədricən kəsiləcək, şərq küləyi əsəcək. Şərq rayonlarında arabir az yağıntı0 olacağı gözlənilir. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Dağlarda havanın temperaturu gecə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
Dekabrın 19-da əsasən, şərq rayonlarında az yağıntılar olacaq. Temperatur gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq. Dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.