Sabah hava yağmursuz olacaq
09 may 2013 13:31 (UTC +04:00)

Sabah hava yağmursuz olacaq

0

 

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında yarımadanın  bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə, mayın 10-da hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin bəzi cənub və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji  proqnozu da açıqlayıb. Yaxın 2 gündə Bakıda və Abşeron yarımadasında biometeoroloji  amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1405

Oxşar yazılar