
Həbsdəki ərinə narkotik gətirən qadın ifşa olundu
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Lent.az-a xidmətdən bildirilib ki, Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən 2 il 6 ay azadlıqdan məhrum edilmiş məhkum Taleh Babayev ilə qısamüddətli görüşə gəlmiş arvadı, Ağdam şəhər sakini Jalə Babayevanın üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş 1 ədəd bükülüdə 0,048 qram psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Evə gec gələn bacısını vəhşicəsinə döydü
6 may 2025 , 18:10
Bakıda həbsdə olan avtoritet ev dustaqlığına buraxıldı
6 may 2025 , 17:54
Ağdaşda tələbəni maşın vurub öldürdü
6 may 2025 , 17:37
Bakıda evdən meyit tapıldı
6 may 2025 , 17:28
"80 metr məsafədə mərmi düşməsi nəticəsində dizimdən xəsarətlər aldım" - VARDANYANIN MƏHKƏMƏSİ
6 may 2025 , 16:51
Gəlin və baldızını maşın vurub öldürdü
6 may 2025 , 16:16
Naxçıvanda ər arvadını bıçaqladı
6 may 2025 , 15:52