Həmyerlisini bıçaqladı: 4 il azadlıqdan məhrum edildi
08 dekabr 2014 16:42 (UTC +04:00)

Həmyerlisini bıçaqladı: 4 il azadlıqdan məhrum edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmaqda təqsirli bilinən 1992-ci il təvəllüdlü Pərviz Murtuzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kolegiyasının qərarı ilə P. Murtuzov 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə bu il aprelin 22-də Sabunçu qəsəbəsi Musabəyov küçəsində qeydə alınıb.  Qəsəbə sakinləri Pərviz Murtuzov münaqişə zəminində Seymur Hüseynova bıçaq xəsarəti yetirib. Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən P. Murtuzov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169

Oxşar yazılar