Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün günorta saatlarında rayon avtovağzalında qeydə alınıb.
Ucarın Alpoud kənd sakini, 1993-cü il təvəllüdlü Abbasov Mircəlal Baba oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Ucar şəhər sakini 1991-ci il təvəllüdlü Əliyev Rüfət İlham oğlunu bıçaqlayıb. Ağır bədən xəsarətləri alan Rüfət Əliyev Ucar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsi yerləşdirilib. Hazırda onun vəziyyəti ağırdır.
Hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Ucar Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.