Hərbi məktəblərdə Heydər Əliyevin 90 illiyi qeyd olunur
25 aprel 2013 12:06 (UTC +04:00)

Hərbi məktəblərdə Heydər Əliyevin 90 illiyi qeyd olunur

0

Müasir Azərbaycan Ordusunun yaradıcısı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyİ ilə əlaqədar müdafiə naziri tərəfindən təsdiq olunmuş plana uyğun olaraq bütün hərbi hissə və birləşmələrdə geniş tədbirlər keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu Lent.az-a bildirib ki, Cəmşid Naxçıvanski adına hərbi liseydə «Heydər Əliyev müasir Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısıdır» mövzusunda aprelin 24-də elmi-praktiki konfrans keçirilib. Gələn həftə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində də 90 illik yubileylə bağlı geniş tədbirin keçirilməsi nəzərdə tutulur: “Ümummilli liderin doğum gününədək birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində Respublikanın görkəmli elm və mədəniyyət xadimlərinin, veteran təşkilatlarının iştirakı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş mədəni kütləvi tədbirlərin keçirilməsi planlaşdırılır. Bununla yanaşı hərbi hissələrin yerləşdikləri şəhər və rayon mərkəzlərində fəaliyyət göstərən Heydər Əliyev adına muzey, park və xiyabanlara şəxsi heyətin ziyarəti təşkil olunur və bu tədbirlərdə hərbi qulluqçuların, onların ailə üzvlərinin birgə iştirakı təmin edilir. «Biz Heydər Əliyev Ordusunun əsgərləriyik» adlı bədii təşviqat briqadasının qarnizon zabitlər evləri və klublarında çıxışları diqqəti cəlb edir. Yubileylə əlaqədar Heydər Əliyev Mərkəzinin əsgərlər arasında təşkil etdiyi «Dövlətimi, xalqımı, ailəmi qoruyuram» adlı əsgər məktubları müsabiqəsinə cəlb olunan gənc hərbi qulluqçular öz yaradıcı biliklərini fəal şəkildə nümayiş etdiriblər”.

 

Keçirilən tədbirlərin davamı olaraq may ayının ilk günlərində vaxtı ilə ulu öndərin cəbhə bölgəsində ziyarət etdiyi hərbi hissəyə ictimai və incəsənət xadimlərinin, millət vəkillərinin, ziyalıların, qeyri hökumət təşkilatlarının nümayəndələrinin, jurnalistlərin səfərinin təşkili nəzərdə tutulur.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 820

Oxşar yazılar