Hərbi parada hazırlaşan hərbi aviasiyanın təlim uçuşları davam edir
13 iyun 2013 18:42 (UTC +04:00)

Hərbi parada hazırlaşan hərbi aviasiyanın təlim uçuşları davam edir

0

İyunun 26-da Bakı şəhərində keçiriləcək hərbi parada hazırlıq çərçivəsində bu gün hərbi aviasiyanın təlim uçuşları olub.

 

Uçuş məşqlərində iştirak edən APA-nın əməkdaşının məlumatına görə, təlimlərdə Hərbi Hava Qüvvələrinin MiG-29, Su-25, L-39 təyyarələri, Mi-17, Mi-24G, Ka-32, Dövlət Sərhəd Xidmətinin Mi-35M, Fövqəladə Hallar Nazirliyinin Mi-8 və Ka-32 tipli helikopterləri iştirak edib.

 

Aviasiya bölmələri təyyarələr və ardınca helikopterlər olmaqla, «Azadlıq» meydanı istiqamətində Bakı buxtası üzərində uçuş ediblər.

 

APA-nın əməkdaşı da helikopterdə uçuşları canlı müşahidə edib və lentə alıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1223

Oxşar yazılar