Heydər Əliyev Sarayında “Akşam sefası”
25 aprel 2013 12:18 (UTC +04:00)

Heydər Əliyev Sarayında “Akşam sefası”

0

Mayın 1-də TRT-nin yaranmasının 49-cu ildönümü münasibəti ilə Bakıda Heydər Əliyev Sarayında “Bir millət, iki dövlət’’ adlı konsert proqramı keçiriləcək. TRT-nin Bakı təmsilçisi Yüksəl Deyercanın Lent.az-a verdiyi məlumata görə, tədbirdə TRT-nin baş direktoru İbrahim Şahinin rəhbərliyi ilə “Akşam Sefası’’ musiqi ansamblı, TRT Müzik kanalının 40 nəfərlik musiqi heyəti və azərbaycanlı sənətçiləri çıxış edəcəklər.

 

Konsertdə muğam ustası Alim Qasımov, Tünzalə, Azərbaycanda yaşayan türkiyəli opera sənətçisi Oya Ergün də iştirak edəcəklər.

 

Tədbirə siyasət, incəsənət, ədəbiyyat, media nümayəndələri, iş adamları, diplomatlarla yanaşı, Azərbaycan və Türkiyə vətəndaşları da dəvətlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1061

Oxşar yazılar