İki “VAZ" toqquşdu, yaralanan var
25 noyabr 2017 23:04 (UTC +04:00)

İki “VAZ" toqquşdu, yaralanan var

0

Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində kənd sakini 1995-ci il təvəllüdlü Kamran Salahov bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Qəza zamana 1985-ci il təvəllüdlü Vaqif Namazov isə yüngül bədən xəsarətləri alıb.

 

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 313

Oxşar yazılar