Şəmkirdə ağır yol qəzası baş verib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 19-da saat 20.30 radələrində Şəmkir rayonu ərazisində rayon sakini Eyvaz Həsənov idarə etdiyi “Volksvagen” markalı avtomaşını qarşıda gedən Sakit Rüstəmovun idarə etdiyi “VAZ-2109” markalı avtomaşına vurub, sonradan idarəetməni itirərək yolu keçən Qızxanım Məmmədovanı vurub.
Nəticədə piyada hadisə yerində ölüb. Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.