İmişli sakini kanalda batdı
06 avqust 2017 02:08 (UTC +04:00)

İmişli sakini kanalda batdı

0

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, İmişli rayonu, Çaxırlı kəndində 1 nəfərin kanalda çimərkən batması barədə məlumat daxil olub. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlayıblar. Əlavə məlumat veriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar