İş adamını qətlə yetirən şəxsə hökm oxundu
29 mart 2013 18:20 (UTC +04:00)

İş adamını qətlə yetirən şəxsə hökm oxundu

0

Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirli bilinən deputatlığa keçmiş namizəd Nadir Orucovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 


 

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, N. Orucov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, 2011-ci il iyunun 8-də Nəsimi rayonu Hüseyn Seyidzadə, 2A ünvanında deputatlığa keçmiş namizəd Nadir Orucov münaqişə zəminində tanışı Rövşən Rüstəmovu güllələyib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
 

Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I seçki dairələrindən deputatlığa namizəd olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1169

Oxşar yazılar