İstirahət günləri də qəzasız ötüşmədi: 38 yaralı
04 yanvar 2013 13:06 (UTC +04:00)

İstirahət günləri də qəzasız ötüşmədi: 38 yaralı

0

İstirahət günlərində Bakı şəhərində baş vermiş yol qəza hadisələri zamanı 38 nəfər xəsarət alıb və onlardan da 34-ü xəstəxanaya yerləşdirilib. Bu barədə Lent.az-a Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmaliyev bildirib. Onun sözlərinə görə, bu dekabrın 31-dən yanvarın 3-ə qədər olan statistik məlumatdır.

 

“Qeyd etdiyim müddətdə qida zəhərlənməsi və travma ilə bağlı təcili yardıma ümumilikdə 193 müraciət daxil olub”-deyə, baş həkimin müavini vurğulayıb: “Dekabrın 31-dən yanvarın 2-dək isə dəm qazından zəhərlənmələrlə bağlı 60 müraciət daxil olub və onlardan 40 nəfəri xəstəxanaya yerləşdirilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 930

Oxşar yazılar