İstirahət günləri yol qəzalarında 7 nəfər ölüb
29 aprel 2013 14:47 (UTC +04:00)

İstirahət günləri yol qəzalarında 7 nəfər ölüb

0

Şənbə-bazar günü Azərbaycan yollarında baş vermiş yol qəzaları nəticəsində 7 nəfər dünyasını dəyişib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bazar günü ölkə yollarında 10 hadisə baş verib ki, nəticədə 5 nəfər ölüb,  24 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şənbə günü qeydə alınmış 6 hadisə nəticəsində isə 2 nəfər ölü, 7-si isə yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 607

Oxşar yazılar