Aprelin 26-na keçən gecə saat 00:35 radələrində Bakının Binəqədi rayonunda kafedə qanlı münaqişə baş verib. Lent.az-ın məlumatına görə, bu barədə Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsindən anspress-ə məlumat verilib. Biləcəri qəsəbəsindəki “Həkəri” kafesində bir qrup şəxs arasında yaranan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Nəticədə 17 yaşlı Amil Əliyev və 19 yaşlı Surət Babayev ağır yaralanıblar.
Amil Əliyevin başına şüşə qab ilə vurublar. Daha sonra isə onun barmağı kəsilib. Digəri isə bıçaq xəsarətləri alıb. Hadisə ilə bağlı araşdırmalar aparılır.