Samur-Abşeron kanalından qadın meyiti tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Siyəzən rayonu, Zarat kəndi ərazisində Samur-Abşeron kanalında naməlum qadın cəsədi aşkarlanıb.
Aşkarlanmış cəsəd hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Meyitin kimə məxsus olması araşdırılır.