Kürdəmirdə 3 otaqlı ev yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otağının və aynabəndinin yanar konstruksiyaları 87 m2 sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.