Əmlak Məsələləri Dövlət Komitəsi fevralın 12-də Lənkəran şəhərində hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısını açıqlayıb.
Lent.az-ın Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Lənkəran şəhər Mədəniyyət və Turizm Şöbəsinin tabeçiliyində olan kinoteatrlar satışa çıxarılıb.
Lənkəran şəhəri, Mir Mustafaxan küçəsi, 9 ünvanında yerləşən və sahəsi 354.7 kv.m olan “Spartak” kinoteatrının start və ilkin satış qiyməti 11 min 711 manatdır. Hərraca çıxarılan “Nizami” kinoteatrının yay zalı isə Lənkəran şəhəri, Mir Mustafaxan küçəsi, 9 ünvanında yerləşir , sahəsi 386.1 kv.m, start və ilkin satış qiyməti 21 min 188 manatdır.