Dekabrın 18-də Lənkəran rayonunda qidadan zəhərlənmə hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şirinsu kənd sakini Səidə Şirinova evindən qidadan zəhərlənmə ilə (pomidor turşusundan) xəstəxanaya aparılıb. Qadın xəstəxanaya çatmamış, yolda dünyasını dəyişib.
Faktla əlaqədar araşdırma aparılır.