
Azərbaycanda narkotik taciri tutuldu
Saatlı rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri həyata keçirib.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Saatlı rayonu, Əliabad kənd sakini Aləm Heydərov saxlanılıb. Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 130 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni həmkəndlisi Emin Səmədovdan əldə etdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq E.Səmədovun işlədiyi fermer təsərrüfatı sahəsinə baxış keçirilib, bu zaman oradan iki ayrı polietilen sellofana bükülmüş ümumi çəkisi 3 kiloqram 390 qram olan qurudulmuş marixuana və 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı rayon Polis İdarəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.
Oxşar yazılar

Şirvanda ağır qəza, bir ailənin 4 üzvü...
2 may 2025 , 23:44
70 yaşlı qadın sirkə turşusu içib öldü
2 may 2025 , 22:34
Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlanıb
2 may 2025 , 22:23
Davit İşxanyanın və qardaşının Qaradağlıda azərbaycanlı əhalini öldürülməsində iştirakı təsdiqləndi
2 may 2025 , 21:50
Bakının mərkəzində küçədən naməlum meyit tapıldı
2 may 2025 , 19:33
Bir ailənin 3 üzvü qazdan boğulub öldü
2 may 2025 , 18:53
Gecəyarı Bakıda evdən meyit tapıldı
2 may 2025 , 18:25