Maşın 3 piyadanı vurdu
21 aprel 2013 20:45 (UTC +04:00)

Maşın 3 piyadanı vurdu

0

Zaqatalada maşın 3 piyadanı vurub. 

 

Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası bu gün günorta saat 14.20 radələrində rayonun Aşağı Tala kəndi ərazisində 2 saylı uşaq bağçasının qarşısında baş verib.

 

Rayonun Yuxarı Tala kənd sakini, 1995-ci il təvəllüdlü Nəzərov Abdulkərim Cuma oğlu atası Cuma Nəzərova məxsuz “Opel-Vektra”  markalı, 50 BZ 629 dövlət nişan nömrəli avtomobili idarə edərkən, taksi maşınından düşərək yolu keçmək istəyən həmkəndliləri 1994-cü il təvəllüdlü Mirzəyeva Ramilə Məhəmməd qızını, onun anası, 1964-cü il təvəllüdlü Mirzəyeva Gülgəz Zakir qızını və yaxın qohumları, 1964-cü il təvəllüdlü Ömərova Sevil Ömər qızını vurub.

 

Qəza nəticəsində müxtəlif dərəcəli  bədən xəsarətləri alan piyadalar Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX)  yerləşdiriliblər.

 

Zaqatala MRX-dan APA-ya verilən məlumata əsasən, xəstələrdən biri- Sevil Ömərova açıq kəllə-beyn travması aldığı üçün renimasiya, digər ikisi isə travmatologiya şöbəsinə yerləşdiriliblər.

 

 Fakla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2128

Oxşar yazılar