Bayılda maşın yanacaqdoldurma məntəqəsini dağıdıb.
Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün saat 15 radələrində Bayıl qəsəbəsində “Azpetrol” şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində qəza baş verib.
Belə ki, yüksək sürətlə hərəkət edən “Mercedes” markalı 90-CX-471 nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək, yanacaqdoldurma məntəqəsinə girib.
Həmin vaxt yanacaqdoldurma məntəqəsində olan “VAZ -2107” markalı 90-LE-040 nömrə nişanlı avtomobilə zərər yetirən “Mercedes” məntəqənin operatorunu ağır yaralayıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və yanğınsöndürmə maşınları gəlib.
Hadisə nəticəsində “VAZ -2107” sürücüsü xəsarət almayıb, hadisəni törədən “Mercedes”in sürücüsü isə ağır yaralanıb.
Yanacaqdoldurma məntəqəsinin operatoru və sürücü xəstəxanaya yerləşdiriliblər. Onların şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb.